• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Olimpiya məşəlini Zidan yandıracaq

İDMAN

08 May 2024 | 18:53 | Müəllif: Subhan Mahmudov

Olimpiya məşəlini Zidan yandıracaq

Fransa millisinin keçmiş futbolçusu Zinəddin Zidan Marsel şəhərində olimpiya məşəlini yandıracaq.

Bakıvaxtı.az xəbər verir ki, olimpiya məşəlini daşıyan gəmi axşam limana yan alacaq və məşəl quruya ötürüləcək.

Fransada olimpiya məşəli estafetinin ilk iştirakçısı üzgüçü Floren Manaudu olacaq. Daha sonra bunu adı açıqlanmayan növbəti iştirakçıya ötürəcək. Üçüncü məşəlçi isə Zinəddin Zidan olacaq.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026