• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

AFFA klublara lisenziyalar təqdim etdi - FOTOLAR

İDMAN

07 Iyun 2024 | 16:54

AFFA klublara lisenziyalar təqdim etdi - FOTOLAR

Bu gün AFFA-nın inzibati binasında 2024/2025 lisenziyalaşdırma mövsümündə UEFA-nın kişilər və qadınlar arasında klub yarışlarında, Premyer Liqada, I Liqada və AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün lisenziya əldə edən klubların nümayəndələri ilə görüş keçirilib.

Bakıvaxtı.az  assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, təltifetmə mərasimində mövsümün yekunları, statistik göstəricilər, tətbiq edilən Klubların Lisenziyalaşdırılması platforması və növbəti mövsüm üçün lisenziyalaşdırma qaydalarında gözlənilən dəyişikliklər barədə məlumat verilib.

Bundan əlavə, klub nümayəndələrinə azarkeşlərlə əlaqələndirici şəxs və əlil azarkeşlərlə əlaqələndirici şəxslərə aid layihələr barədə qısa məlumat təqdim olunub.

Tədbirin sonunda növbəti mövsümdə çıxış etmək üçün lisenziya əldə etmiş klublara AFFA-nın vitse-prezidenti Könül Mehtiyeva tərəfindən müvafiq lisenziyalar və geridə qalan mövsümdə Lisenziya Menecerləri üçün təşkil olunmuş imtahandan müvəffəqiyyətlə keçmiş klub əməkdaşlarına sertifikatlar təqdim edilib.


AFFA klublara lisenziyalar təqdim etdi - FOTOLARAFFA klublara lisenziyalar təqdim etdi - FOTOLARAFFA klublara lisenziyalar təqdim etdi - FOTOLARAFFA klublara lisenziyalar təqdim etdi - FOTOLARAFFA klublara lisenziyalar təqdim etdi - FOTOLARAFFA klublara lisenziyalar təqdim etdi - FOTOLARAFFA klublara lisenziyalar təqdim etdi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026