• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

AVRO-2024: Yarımfinal cütləri müəyyənləşib

İDMAN

07 Iyul 2024 | 01:11 | Müəllif: Subhan Mahmudov

AVRO-2024: Yarımfinal cütləri müəyyənləşib

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında keçirilən son görüşlərdən sonra yarımfinal cütləri müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, 1/4 finalda Almaniya yığmasını məğlub edən İspaniya, Portuqaliyanı penaltilər seriyasında mübarizədən kənarlaşdıran Fransa ilə üz-üzə gələcək.

Digər yarımfinal qarşılşamasında isə Niderland İngiltərə ilə münasibətlərə aydınlıq gətirəcək. İngiltərə 1/4 finalda İsveçrəni penaltilər seriyasında məğlub edib (5:3). Niderland isə Türkiyə yığmasından üstün olub - 2:1.

Avropa çempionatı

Yarımfinal cütləri

İspaniya - Fransa

Niderland - İngiltərə

Qeyd edək ki, yarımfinal görüşləri 9-10 iyulda keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026