• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Paris-2024: Güləşçimiz finalın bir addımlığında büdrədi - YENİLƏNİB

İDMAN

05 Avqust 2024 | 23:47

Paris-2024: Güləşçimiz finalın bir addımlığında büdrədi - YENİLƏNİB

Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 1/2 final görüşünə çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, 130 kq çəki dərəcəsində yer alan idmançı kubalı Mixain Lopes Nunyeslə üz-üzə gəlib.

Rəqibinə 1:4 hesabı ilə məğlub olan Şəriəti qızıl medal qazanmaq şansını itirib.

Qeyd edək ki, təmsilçimiz sabah bürünc medal uğrunda görüşə çıxacaq.

 

***18:51

Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, 130 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda qazaxıstanlı Alimxan Sızdıkovla qarşılaşıb.

Rəqibinə 4:0 hesabı ilə qalib gələn Şəriəti yarımfinala yüksəlib.

 

***17:36

Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.

Bakıvaxtı.az xəbər verir ki, 130 kq çəki dərəcəsində yer alan idmançı estoniyalı Heyki Nabi ilə mübarizə aparıb.

Yarışa 1/8 finaldan qoşulan Şəriəti rəqibinə qalib gəlib.

Bununla da idmançımız 1/4 finala yüksəlib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026