• Bakı 18° C

    2.51 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Məşhur idmançı qətlə yetirildi

İDMAN

04 Sentyabr 2024 | 19:20 | Müəllif: Subhan Mahmudov

Məşhur idmançı qətlə yetirildi

İranın Şərqi Azərbaycan əyaləti Boks Şurasının başçısı İsa Qulməhəmmədi qətlə yetirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Şərqi Azərbaycan əyalətinin Boks Şurası məlumat yayıb.

Bildirilib ki, İ.Qulməhəmmədi Tehranın Rabatkərime rayonunun Şatrxvar kəndindəki bağ evində öldürülüb. Ona 5 bıçaq zərbəsi endirilib, eyni zamanda 11 dəfə atəş açılıb.

Məlumata görə, idmançıya 2 nəfər hücum edib. Onların kimliyi hələ müəyyən olunmayıb.

Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, İ.Quməhəmmədi boks üzrə ölkə çempionu olub. Bir müddət İranın boks yığmasının məşqçisi və meneceri işləyib. İran Boks Federasiyasının üzvü olub./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026