• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Çox vacib matça çıxacağıq - Qurban Qurbanov

İDMAN

05 Avqust 2024 | 18:17 | Müəllif: Subhan Mahmudov

Çox vacib matça çıxacağıq - Qurban Qurbanov

Çox vacib matça çıxacağıq. Rəqib təcrübəyə malikdir.

Bakıvaxtı.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Bolqarıstan təmsilçisi "Ludoqorets"ə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis futbolçuların hazır olduğunu bildirib: "Əvvəlki oyunlara nisbətən istədiyimiz kimi hazırlaşmamışıq. Buna baxmayaraq görüşün vacib olduğunu bilirik. Həmişəki kimi azarkeşlərin baxımlı oyun izləməsini istəyirik. Yaxşı nəticə əldə etməyə çalışacağıq. Rəqibin əvvəlki qarşılaşmalarındakı nəticələrinə baxmırıq. Onlar bizi aldatmalı deyil".

Qeyd edək ki, avqustun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq “Qarabağ” – “Lüdoqorets” görüşü saat 20:00-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026