• Bakı 23° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.9944

    RUB - 2.1616

Olimpiya çempionu olan 4 cüdoçuya və 2 məşqçiyə mənzil verildi - SİYAHI

İDMAN

04 Sentyabr 2024 | 17:05

Olimpiya çempionu olan 4 cüdoçuya və 2 məşqçiyə mənzil verildi - SİYAHI

Bakıda “Paris-2024” Yay Olimpiya Oyunlarında Azərbaycan cüdoçualrının qələbəsi münasibətilə mərasim keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə
cüdoçularımızın son Olimpiya oyunlarındakı qələbəsinin ən maraqlı məqamlarını göstərən video-çarxlar nümayiş edilib.

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, Milli Olimpiya Komitəsinin sədr müavini Çingiz Hüseynzadə və gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək, cüdoçularımızın qələbəsindən, ölkəmizdə idmana göstərilən qayğıdan danışıblar.

Tədbirdə son Olimpiya oyunlarının qalibləri Hidayət Heydərovla Zelim Kutsayevə Beynəlxalq Cüdo Federasiyasının Cüdo üzrə Qızıl Nömrələri təqdim olunub.

Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, “Judo Club 2012” idman klubunun təsisçisi Azər Əsgərov elan edib ki, “AZMAN HOLDİNG” şirkəti indiyədək olimpiya çempionu titulu qazanmış cüdoçularımızı və son olimpiadada qızıl medal almış idmançılarımızın şəxsi məşqçilərini mükafatlandırmağı qərara alıb.

Daha sonra Azər Əsgərov yeni mənzillərin açarını 1992-ci il Yay Olimpiya Oyunlarının qalibi Nazim Hüseynova, 2008-ci il Yay Olimpiya Oyunlarının qalibi Elnur Məmmədliyə, 2024-cü il Yay Olimpiya Oyunlarının qalibləri Hidayət Heydərova və Zelim Kutsayevə, həmçinin Azərbaycanın əməkdar məşqçiləri Tərlan Həsənov və Elxan Məmmədova təqdim edib.


SON XƏBƏRLƏR

30 Iyun 2025