• Bakı 18° C

    3.64 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Ərdoğan Türkiyə millisinin futbolçuları ilə görüşdü

İDMAN

07 Iyul 2024 | 10:25

Ərdoğan Türkiyə millisinin futbolçuları ilə görüşdü

Prezident Rəcəb Tayyib Ərdoğan Niderland yığması ilə matçdan sonra soyunub-geyinmə otağına enərək Türkiyə yığmasının futbolçuları ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Haber Global"a istinadən məlumat verib.

Qeyd edilir ki, qarşılaşmanı stadionda izləyən Rəcəb Tayyib Ərdoğan matçdan sonra soyunub-geyinmə otağına enərək milli futbolçuları təbrik edib.

"Prezidentimiz Rəcəb Tayyib Ərdoğan 1/4 final matçından sonra soyunub-geyinmə otağında millini ziyarət edib", - Ərdoğanın sosial şəbəkədəki rəsmi hesabında edilən paylaşımda qeyd olunub.

Qeyd edək ki, Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında Niderland - Türkiyə matçı keçirilib. Oyunda hesabı 35-ci dəqiqədə Samet Akaydının qolu ilə Türkiyə millisi açıb.

Lakin qardaş ölkənin komandası bu hesabı sonadək qoruyub saxlaya bilməyib. Niderland millisinin üzvü Stefan De Vray 70-ci dəqiqədə bərabərlik qolunu vurub. 76-cı dəqiqədə isə Türkiyə yığmasının müdafiəçisi Mərt Müldür avtoqola imza atmaqla Niderlandın yarımfinala yüksəlməsində pay sahibi olub.

Türkiyə millisinin ehtiyat oyunçular skamyasında olan hücumçusu Bertuğ Yıldırım isə 90+6-cı dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılıb.

Beləliklə, Niderland yığması Avropa çempionatının yarımfinalına yüksəlib.


SON XƏBƏRLƏR