• Bakı 30° C

    6.96 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1625

TBMM sədri: Ankara Moskvaya qarşı birtərəfli sanksiyaları qəbul etmir

DÜNYA

05 Oktyabr 2024 | 11:55

TBMM sədri: Ankara Moskvaya qarşı birtərəfli sanksiyaları qəbul etmir

Bəzi ölkələr Rusiya ilə Ukrayna arasında sülh istəmir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş “CNN Türk”ün efirində çıxışı zamanı deyib.

O bildirib ki, həmin ölkələr müzakirələrə mane olur.

N.Kurtulmuş, həmçinin söyləyib ki, rəsmi Ankara Moskvaya qarşı birtərəfli sanksiyaları qəbul etmir: “Biz bu sanksiyalara qoşulmuruq”.

TBMM sədri bir müddət əvvəl Rusiyaya səfərindən də danışıb: "Bizi çox yaxşı qarşıladılar. Prezident Vladimir Putinlə statusumuz eyni deyil. Buna baxmayaraq, onunla üzbəüz oturduq. Halbuki Putin vaxtı ilə Fransa Prezidenti Emmanuel Makronla masa arxasında müzakirələr aparmışdı. Bu, dünyada ciddi müzakirə edilmişdi".

Parlament sədrinin fikrincə, dünyada yeni geosiyasi reallıq yaranıb: "Artıq ABŞ-nin hakimiyyətinə son qoyulur. Yeni güc mərkəzləri yaranacaq".


SON XƏBƏRLƏR

08 Iyul 2025