• Bakı 13° C

    2.64 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

General Mirzə Mirzəyev həbs edildi

DÜNYA

04 Noyabr 2024 | 00:21 | Müəllif: Subhan Mahmudov

General Mirzə Mirzəyev həbs edildi

Moskvada Rusiya Qvardiyasının Təchizat İdarəsinin müavini general-mayor Mirzə Mirzəyev həbs edilib.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə "Mash" Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, Cənub bölgəsi komandanının keçmiş müavini 52 yaşlı Mirzəyev tez tikilə bilən binalar üçün modulların təchizatçısından 140 milyon rubl tələb edib. O, pulun verilməyəcəyi halda 480 milyon rubl dəyərində müqaviləni ləğv etməklə hədələyib. Şirkət vasitəçi vasitəsilə Mirzəyevə vəsait köçürüb, o da saxlanılıb.

Mirzəyevin müdafiə tərəfi ev dustaqlığında saxlanılmasını tələb etsə də, məhkəmə onun törətdiyini cinayəti nəzərə alaraq həbsxanaya göndərilməsinə qərar verib. General-mayor 2025-ci il yanvarın 2-dək həbsdə saxlanılacaq./metbuat.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026