• Bakı 22° C

    5.55 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Gürcüstanda polis partlayış törətmək istəyən şəxsi saxladı

DÜNYA

03 Dekabr 2024 | 23:29

Gürcüstanda polis partlayış törətmək istəyən şəxsi saxladı

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisidə parlament binası yaxınlığında mitinq zamanı partlayış hazırlamaq ittihamı ilə 25 yaşlı gənci saxlayıblar. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.

“Daxili İşlər Nazirliyinin kriminal polis idarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat tədbirləri və əməliyyat-istintaq tədbirləri nəticəsində 1999-cu il təvəllüdlü D.X. partlayış hazırlamaqda təqsirli bilinərək saxlanılıb”, - deyə məlumatda qeyd olunur.


SON XƏBƏRLƏR