• Bakı 17° C

    0.92 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Vulkan püskürdü: ölənlərin sayı artır - YENİLƏNİB

DÜNYA

04 Noyabr 2024 | 11:16 | Müəllif: Qalib İbrahimoğlu

Vulkan püskürdü: ölənlərin sayı artır - YENİLƏNİB

İndoneziyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı artır.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, təbiət hadisəsi nəticəsində ölənlərin sayı 10-a çatıb.

Ölkənin Fəlakətlərin Azaldılması Agentliyii vulkan püskürmələri nəticəsində 10 min 295 nəfərin zərər çəkdiyini açıqlayıb.

Vulkan nəticəsində bəzi taxta evlər yanıb, kəndlərə ziyan dəyib. Xəbərdarlıq səviyyəsi ən yüksək həddədir.

***

09:20

İndoneziyada vulkan püskürməsi baş verib.

Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Vulkan püskürməsi İndoneziyanın Flores adasında baş verib.

İlkin məlumata görə, təbii fəlakət nəticəsində 9 nəfər həyatını itirib.

Vulkan keçən həftədən etibarən hər gün iki min metrə qədər qalın qəhvəyi kül havaya püskürür.

Nuriyyə Musayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026