Moldovada prezident seçkilərinin ikinci turu keçirilib.
İlkin nəticələrə görə, müxalifət lideri Aleksandr Stoyanoqlo öndədir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Moldova Mərkəzi Seçki Komissiyasının rəsmi saytında deyilir.
Lakin orada səsvermə müddəti uzadıldığı üçün hələ də xarici seçki məntəqələrindən məlumat yoxdur.
“Çox güman ki, Avropa və ABŞ-dakı Moldova diasporları ölkənin hazırkı prezidenti Maya Sandunu dəstəkləyəcəklər”, - yerli media yazır.
Yerli vaxtla səhər saat 6:06-ya olan məlumata görə, səslərin 99,46%-i sayılıb. Seçicilərin 55,22%-i (922,570) Sanduya, 44,78%-i (748,081) isə Stoyanoqloya səs verib.
Bu arada Maya Sandu prezident seçkilərinin ikinci turunda qalib gəldiyini bəyan edib.
“Moldova, bu gün qalib gəldin. Biz birlikdə birliyimizin gücünü, demokratiyanı və ləyaqətli gələcəyə sadiqliyimizi nümayiş etdirdik. Sağ olun, əziz moldovalılar”, - deyə Sandu “X” hesabında yazıb.
Murad Məmmədli