• Bakı C

    5.48 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

"Toydan sonra ingilis qayınanam mənimlə görüşmədi" - Xalq artisti

MƏDƏNİYYƏT

05 Oktyabr 2024 | 11:47

Toydan sonra ingilis qayınanam mənimlə görüşmədi - Xalq artisti

"Həyat yoldaşım Böyük Britaniya vətəndaşıdır. Toyumuzu Bakıda elədik. Toydan sonra İngiltərəyə, qayınanamla görüşə getdim. O məni qarşılamadı. Bu xətrimə dəymişdi".

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri APA TV-nin "Sözüm var" proqramında, opera müğənnisi, Xalq artisti Fidan Hacıyeva səsləndirib.

"O evdə bütün hazırlıqları görüb harasa getmişdi. Yeməklər hazırlayıb üstünə kiçik vərəqlərdə "qızdırın yeyin, nuş olsun" şəklində qeydlər yazmışdı. Mən həyat yoldaşımdan soruşanda ki, "o niyə mənimlə görüşmədi?", bildirdi ki, anası mənim yeni mühitə alışmam, özümü evimdə hiss etməmi istədiyi üçün gedib. 2 gün sonra qayınanam gəldi. O çox aristokrat qadın idi",- deyə Xalq artisti bildirib.

Müğənni əlavə edib ki, hazırda Bakıda yaşayan həyat yoldaşı Azərbaycan musiqilərini dinləməyi sevir və ən çox bəyəndiyi müğənni Zaur Rzayevdir.Olke.az


SON XƏBƏRLƏR

20 Dekabr 2024