• Bakı 21° C

    2.68 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

AVRO-2024: Türkiyə qələbəni qoruya bilmədi, məğlub oldu - YENİLƏNİB

İDMAN

07 Iyul 2024 | 01:02

AVRO-2024: Türkiyə qələbəni qoruya bilmədi, məğlub oldu - YENİLƏNİB

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında Niderland - Türkiyə matçında Niderland yığması yarımfinala vəsiqə qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, oyunda hesabı 35-ci dəqiqədə Samet Akaydının qolu ilə Türkiyə millisi açıb.

Lakin qardaş ölkənin komandası bu hesabı sonadək qoruyub saxlaya bilməyib. Niderland millisinin üzvü Stefan De Vray 70-ci dəqiqədə bərabərlik qolunu vurub. 76-cı dəqiqədə isə Türkiyə yığmasının müdafiəçisi Mərt Müldür avtoqola imza atmaqla Niderlandın yarımfinala yüksəlməsində pay sahibi olub.

 

00;36

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında Niderland - Türkiyə matçında Niderland yığması hesabda önə çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, Niderland millisinin üzvü Stefan De Vray 70-ci dəqiqədə bərabərlik qolunu vurub. Daha sonra Kodi Qakpo 76-cı dəqiqədə komandasını önə çıxarıb.

Türkiyə yığmasından 35-ci dəqiqədə Samet Akaydın rəqib qapısına yol tapıb.

Berlin şəhərindəki Olimpiya stadionunda keçirilən oyunu fransalı baş hakim Klement Turpin idarə edir.

 

00:06

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında Niderland - Türkiyə matçında ikinci hissə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, hazırda davam edən oyunda Türkiyə yığması hesabda 1:0 öndədir. 35-ci dəqiqədə Samet Akaydın rəqib qapısına yol tapıb.

Berlin şəhərindəki Olimpiya stadionunda keçirilən oyunu fransalı baş hakim Klement Turpin idarə edir.

 

23:52

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında Niderland - Türkiyə matçında ilk hissə başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Türkiyə yığması fasiləyə 1:0 üstünlüklə yollanıb. 35-ci dəqiqədə Samet Akaydın rəqib qapısına yol tapıb.

Berlin şəhərindəki Olimpiya stadionunda keçirilən oyunu fransalı baş hakim Klement Turpin idarə edir.

 

23:41

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında Niderland - Türkiyə matçında Türkiyə yığması hesabda önə çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, 35-ci dəqiqədə Samet Akaydın rəqib qapısına yol tapıb - 1:0.

Berlin şəhərindəki Olimpiya stadionunda keçirilən oyunu fransalı baş hakim Klement Turpin idarə edir.

23:00

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında Niderland - Türkiyə matçına start verilib.

Bakıvaxtı.az  xəbər verir ki, qarşılaşma Berlin şəhərindəki Olimpiya stadionunda keçirilir

Oyunu fransalı baş hakim Klement Turpin idarə edir.


SON XƏBƏRLƏR