• Bakı 18° C

    3.64 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Bədii gimnastika üzrə yığmamız İspaniyada 3 medal qazanıb

İDMAN

07 Iyul 2024 | 14:38

Bədii gimnastika üzrə yığmamız İspaniyada 3 medal qazanıb

İspaniyanın Saraqosa şəhərində bədii gimnsatika üzrə beynəlxalq turnir keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycanın yarışda böyüklərdən ibarət yığması növbəti medalı qazanıb.

Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət qrup komandası 5 halqa və 3 lent, 2 topla çıxışda fəxri kürsüdə yer alıb. Təmsilçilərimiz hər iki növdə gümüş qazanıblar.

Qeyd edək ki, turnirin ilk günündə yığmamız çoxnövçülük proqramında bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib olublar.


SON XƏBƏRLƏR