• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Yeniyetmə stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcək

İDMAN

08 May 2024 | 22:08 | Müəllif: Gülşən Şərif

Yeniyetmə stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcək

Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa birinciliyində mübarizə aparacaq.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Stolüstü Tennis Federasiyasından (ASTF) məlumat verilib.

İdmançılarımız məsul yarışa hazırlığı plan üzrə davam etdirirlər. Bunadək bir neçə beynəlxalq yarış və təlim-məşq toplanışına qatılan təmsilçilərimiz yarış ərəfəsində Çinin Şanxay şəhərində təşkil olunan toplanışda iştirak edəcəklər.

Onur Quluzadə, Şakir Qədirov, Yağmur Məmmədli və Banu Baytallı yığma komandanın məşqçiləri Mixail Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi ilə mayın 9-dan 17-dək Şanxay Stolüstü Tennis Mərkəzində hazırlıq keçəcək.

Qeyd edək ki, Avropa birinciliyinə mayın 22-də start veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026