• Bakı C

    5.82 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

Azərbaycanın U-19 millisi Türkiyə yığması ilə qarşılaşıb

İDMAN

07 Iyun 2024 | 21:08

Azərbaycanın U-19 millisi Türkiyə yığması ilə qarşılaşıb

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Moldovada təşkil edilən yoldaşlıq turnirində ikinci oyununu keçirib.

Bakıvaxtı.az xəbər verir ki, millimiz Türkiyənin U-20 komandası ilə qarşılaşıb.

Bender şəhərinin “Dinamo” stadionunda baş tutan görüş Türkiyə kollektivinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-19 turnirin ilk oyununda Qazaxıstan yığması üzərində 2:0 hesablı qələbə qazanıb. Millimiz son matçını iyunun 10-da, saat 20:30-da Moldovanın U-19 kollektivinə qarşı keçirəcək.


SON XƏBƏRLƏR