• Bakı 13° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Teymur Rəcəbova yeni vəzifə verildi

İDMAN

07 Iyul 2024 | 21:00 | Müəllif: Subhan Mahmudov

Teymur Rəcəbova yeni vəzifə verildi

Ümumdünya Şahmat Olimpiadasında kişilərdən ibarət Azərbaycan millisinin kapitanı bəlli olub.

Bakıvaxtı.az idman.biz-ə istinadla xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov açıqlayıb.

O bildirib ki, sentyabrda təşkil olunacaq yarışda yığmamızın kapitanı Teymur Rəcəbov olacaq.

Məmmədov, həmçinin millinin Olimpiada üçün heyətinin bəlli olduğunu deyib: "Komandada gənc şahmatçılar da yer alacaq. Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasovla yanaşı, Məhəmməd Muradlı və Aydın Süleymanov heyətdə olacaq. Qadınlardan ibarət komandanın heyətində isə dəyişiklik yoxdur. Yığmada Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədzadə yer alacaqlar".

Federasiya rəhbərinin sözlərinə görə, hər iki millini iyul və avqustda gərgin təlim-məşq toplanışı gözləyir: "Ümidvaram ki, şahmatçılarımız uğurlu çıxış edəcək".

Qeyd edək ki, Olimpiada sentyabrın 10-23-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026