• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Messi “Real”ı ən yaxşı komanda adlandırdı

İDMAN

07 Iyun 2024 | 21:50 | Müəllif: Subhan Mahmudov

Messi “Real”ı ən yaxşı komanda adlandırdı

Barselona"nın sabiq futbolçusu, hazırda "İnter" (Mayami) formasını geyinən Lionel Messi "Real"ı dünyanın ən yaxşı komandası hesab edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə 36 yaşlı hücumçu öz açıqlamasında bildirib. 

"Ən yaxşı komanda "Real"dır. Çünki onlar Çempionlar Liqasının qalibidirlər. "Real" ötən mövsüm Çempionlar Liqasını qazanmasa da, "Mançester Siti" kimi güclü idi. 

Oyun baxımından isə şəxsən mən Xosep Qvardiolanın "Mançester Siti"sini bəyənirəm. Düşünürəm ki, Qvardiolanın çalışdırdığı istənilən komanda öz oyun tərzi ilə xüsusi seçilir. Ona görə də futbolun səviyyəsinə görə ən yaxşı komanda "Mançester Siti", nəticə baxımından isə "Real"dır".

Xatırladaq ki, 2023/2024 mövsümündə "Real" İspaniya çempionu və UEFA Çempionlar Liqasının qalibi olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026