• Bakı 16° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Güləşçilərimiz Dünya Olimpiya Təsnifat turnirində mübarizəyə başlayırlar

İDMAN

09 May 2024 | 09:32

Güləşçilərimiz Dünya Olimpiya Təsnifat turnirində mübarizəyə başlayırlar

Bu gün Azərbaycanın yunan-Roma güləşçiləri Türkiyənin İstanbul şəhərində keçiriləcək Dünya Olimpiya Təsnifat turnirində mübarizəyə başlayacaq.

Bakıvaxtı.az xəbər verir ki, yığmanın 4 üzvü xalça üzərinə çıxacaq.

Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq), Murad Əhmədiyev (97 kq) və Sabah Şəriəti (130 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmağa çalışacaq.

Yunan-Roma güləşi

60 kq

Təsnifat mərhələsi

Murad Məmmədov – Aleksandrs Yurkyans (Latviya)

87 kq

Təsnifat mərhələsi

Rafiq Hüseynov – İlyas Paqkalidis (Yunanıstan)

97 kq

Təsnifat mərhələsi

Murad Əhmədiyev – Riçard Karelson (Estoniya)

130 kq

Təsnifat mərhələsi

Sabah Şəriəti – Nikolaos Ntunyas (Yunanıstan)

Qeyd edək ki, hər çəkidə üç idmançı olimpiadaya lisenziya əldə edəcək. Turnir mayın 12-də başa çatacaq.


SON XƏBƏRLƏR

19 May 2024