Türkiyə Superliqasında 29-cu turun növbəti oyunları keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, günün maraqlı matçı “Fenerbahçe” və “Pendikspor” arasında baş tutub. Görüş İstanbul nəhənginin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 30-cu dəqiqədə qonaqların heyətində Halil Akbunar açıb. Mert Hakan Yandaş 50-ci dəqiqədə tablodakı rəqəmləri bərabərləşdirib. 87-ci dəqiqədə penaltidən Mişi Batşuayi komandasını önə keçirib. Ferdi Kadıoğlu 90+4-cü dəqiqədə fərqi iki topa çıxarıb. Matçın yekun nəticəsini 90+9-cu dəqiqədə İrfan Can Kahveçi müəyyənləşdirib.
Günün digər oyunlarında “Kasımpaşa” “İstanbulspor”u, “Samsunspor” “Ankaragücü”nü 2:1 hesabı ilə məğlub edib. “Kayserispor”–“Hatayspor” görüşü isə qollu sülhlə başa çatıb – 1:1.
Qeyd edək ki, bu nəticələrdən sonra xallarını 76-ya çatdıran “Fenerbahçe” 2-ci yerdədir. Turnir cədvəlinə isə 78 xalla “Galatasaray” başçılıq edir.







jpg-1712663813.webp)








