Məlum olduğu kimi, ötən yay transfer dönəmində İngiltərə Premyer Liqası komandalarından olan "Tottenhem" "Qalatasaray"dan Viktor Nelssonla ciddi maraqlansa da, transferdən vaz keçib.
Bakıvaxtı.az xəbər verir ki, İngiltərə komandası Viktor Nelssonu əvəzləmək üçün "Volfsburq"dan Miki van de Ven ilə müqavilə bağlamışdı. “Teamtalk”də yer alan xəbərə görə, "Qalatasaray"ın danimarkalı müdafiəçi üçün yüksək transfer haqqı tələb etməsindən sonra "Tottenhem" bu transferdən imtina edib.
Sarı-qırmızılıların Nelsson üçün təxminən 25 milyon avroluq transfer haqqı istədiyi və bu inkişafın ardından “Tottenhem”in transferdə geri addım atdığı iddia edilirdi. "Tottenhem"in fasilədə Nelsson üçün transfer etmək istədiyi, lakin sonradan "Cenoa"dan Radu Draqusini heyətinə qatdığı bildirilib.
25 yaşlı futbolçu bu mövsüm "Qalatasaray"ın heyətində bütün yarışlarda 37 matçda forma geyinib və 2 qol vurub.
Murad Məmmədli












jpg-1712663813.webp)



