• Bakı 24° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Baş məşqçi futbolçusuna kəllə vurdu - VİDEO

İDMAN

11 Mart 2024 | 16:49

Baş məşqçi futbolçusuna kəllə vurdu - VİDEO

“Lecce”nin baş məşqçisi Roberto Daversa futbolçusu Tomas Henriyə kəllə vurub.

Bakıvaxtı.az xəbər verir ki, baş məşqçi bunu “Verona”ya  0:1 hesabı ilə məğlub olduqları görüşdən sonra edib.

Daha sonra çalışdırıcı xoşagəlməz hadisə ilə bağlı açıqlama verib.

O, bunun bilərəkdən etmədiyini deyərək üzr istəyib: “Bu mən deyiləm, qəbul etmirəm. Henridən, “Lecce”dən, “Verona”dan, hakimlərdən və İtaliya ictimaiyyətindən üzr istəyirəm”.

Lakin o, üzr istəməyinə baxmayaraq vəzifəsindən qovulub.

Qeyd edək ki, “Lecce” ilin əvvəlindən İtaliya A Seriyasında cəmi bir dəfə qalib gəlib və turnir cədvəlində 15-ci yerdədir.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR