• Bakı 15° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Salah milliyə çağırılmadı

İDMAN

11 Mart 2024 | 18:14 | Müəllif: Subhan Mahmudov

Salah milliyə çağırılmadı

“Liverpul”un hücumçusu Məhəmməd Salah Misir yığmasına çağırılmayıb.

Bakıvaxtı.az  "The Guardian"a istinadən xəbər verir ki, o, millinin qarşıdakı oyunlarında iştirak etməyəcək.

Buna səbəb Salahın yenidən zədələnməsidir. O, buna görə Premyer Liqanın son turunda “Mançester Siti” ilə keçirilən görüşün (1:1) yalnız son 30 dəqiqəsində meydanda olub. 

Qeyd ki, Misir millisi martın 22-dən 26-dək Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək yoldaşlıq turniri çərçivəsində Xorvatiya, Yeni Zelandiya və Tunislə qarşılaşacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Oktyabr 2026