• Bakı 12° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Beşiktaş”ın idman direktoru Olavio Juninyo üçün Almaniyaya gedəcək

İDMAN

11 Mart 2024 | 10:13

“Beşiktaş”ın idman direktoru Olavio Juninyo üçün Almaniyaya gedəcək

Türkiyənin “Beşiktaş” klubunun idman direktoru Samet Aybaba “Qarabağ”ın futbolçusu Juninyonu izləmək üçün Almaniyaya gedəcək.

Bakıvaxtı.az “fotospor”a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis UEFA Avropa Liqasının 1/8 final mərhələsinin “Bayer 04 Leverkusen” – “Qarabağ” görüşünə tribunadan baxacaq.

O, eyni zamanda məşqçilər korpusunun gündəmində olan Almaniya təmsilçisinin iki futbolçusu - Borxa İqlesias və Timoti Fosu-Mensahın son durumu ilə də maraqlanacaq. Samet Aybaba bir gün əvvəl isə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində baş tutacaq “Borussiya” (Dortmund, Almaniya) – PSV (Niderland) qarşılaşmasını izləyəcək.

Qeyd edək ki, “Bayer 04 Leverkusen” ilə “Qarabağ” arasında cavab görüşü martın 14-də Leverkuzendə keçiriləcək. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026