• Bakı 24° C

    19.9 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

FIFA Braziliya və Argentinanı cərimələdi

İDMAN

13 Yanvar 2024 | 12:33

FIFA Braziliya və Argentinanı cərimələdi

Beynəlxalq Futbol Federasiyası ( FIFA ) Braziliya Futbol Konfederasiyası (CBF) və Argentina Futbol Assosiasiyasını (AFA) cərimələyib.

​​​​Bakıvaxti.az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.

Buna səbəb, Braziliya və Argentina milli komandaları arasında noyabrın 22-də Rio-de-Janeyrodakı “Marakana” stadionunda keçirilən oyunda baş verən iğtişaşlar olub. Qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatan oyun tribunalardakı iğtişaşlar səbəbindən yarım saat gecikmə ilə başlayıb.

Azarkeşlər arasında münaqişə dövlət himnlərinin səsləndirilməsi zamanı yaranıb. Braziliyalılar Argentina himnini oxumayıblar, bundan sonra toqquşmalar başlayıb, polis müdaxilə edib. Bir neçə azarkeş təhlükəsizlik məqsədi ilə meydançaya qaçıb.

Argentina yığmasının kapitanı Lionel Messi komandasını meydandan kənarlaşdırsa da, tribunada münaqişə həll olunduqdan sonra matç başlayıb.

FIFA Argentina tərəfini 20 min İsveçrə frankı məbləğində cərimələyib.

Bundan başqa, Argentina Ekvador (1:0) və Uruqvay (0:2) milliləri ilə evdə keçirilən oyunlarda azarkeşlərin diskriminativ davranışına görə də cəzalandırılıb.

Günəş Mərd 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026