• Bakı 26° C

    3.85 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Dünya rekordçusu qəzada ÖLDÜ

İDMAN

12 Fevral 2024 | 08:18

Dünya rekordçusu qəzada ÖLDÜ

Keniyalı marafonçu Kelvin Kiptum yol qəzasında dünyasını dəyişib.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, Kiptumun idarə etdiyi avtomobil qəzaya düşüb. Avtomobildə idmançıdan başqa daha iki sərnişin olub. Onlardan biri - Kiptumun məşqçisi Gervais Hakizimana da dünyasını dəyişib. İkinci sərnişin isə ağır xəsarətlərlə xəstəxanaya aparılıb.

24 yaşlı idmançı aprelin 14-də Rotterdam marafonunda iştirak etməli idi. O, həmçinin 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunları üçün Keniya yığmasının heyətinə daxil edilmişdi.

2023-cü ildə Kiptum planetin bir sıra əsas marafonlarında - London və Çikaqoda iki yarışda qalib gəlib. Ümumilikdə bu seriyaya altı yarış daxildir - London, Berlin, Tokio, Nyu-York, Boston və Çikaqo. O, ötən il oktyabrın 8-də Çikaqo marafonunda 42 kilometr 195 metr məsafəni 2 saat 35 saniyəyə qət edərək dünya rekordu vurub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026
04 Sentyabr 2026