• Bakı 8° C

    11.67 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Benzema Avropaya qayıdacaq  

İDMAN

13 Yanvar 2024 | 09:44

Benzema Avropaya qayıdacaq

Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunun fransalı hücumçusu Kərim Benzema Avropaya qayıdacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə  məlumat yayılıb.

Məlumata görə, o, çempionatın sonuna qədər “Əl İttihad”ı tərk edəcək. Futbolçu karyerasını PSJ-də davam etdirə bilər.

Qeyd edək ki, Kərim Benzema 2023-cü ilin iyununda "Əl İttihad"a keçib. Bu mövsüm hücumçu liqada 15 oyun keçirib, 9 qol vurub və 5 məhsuldar ötürmə edib. 28 xalı olan komanda turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb.

Günəş Mərd 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR