• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Neftçi"nin zədəli futbolçularının son durumu MƏLUM OLDU

İDMAN

16 Sentyabr 2023 | 13:27

"Neftçi"nin zədəli futbolçularının son durumu MƏLUM OLDU

"Neftçi"nin zədəli futbolçularının son durumuna aydınlıq gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlama verib.

Onun sözlərinə görə, hələ də zədəsini sağaltmayan Rəhman Hacıyevin müalicəsi davam edir və futbolçu fərdi hərəkətlərlə kifayətlənir: "Ömər Buludov və Eddi İsrafilov komanda ilə məşqlərə qoşulublar. Qapıçı Emil Balayevin isə bərpa prosesi davam edir".

Qeyd edək ki, "Neftçi" bu gün VI turda "Araz-Naxçıvan"la üz-üzə gələcək. Qarşılaşma saat 18:00-da start götürəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026