• Bakı 14° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

"İnter" "Milan"ı darmadağın edib

İDMAN

16 Sentyabr 2023 | 22:35 | Müəllif: Subhan Mahmudov

"İnter" "Milan"ı darmadağın edib

Futbol üzrə İtaliya çempionatının IV turunun matçında "İnter" komandası "Milan"ı 5:1 hesabı ilə məğlub edib.

Bakıvaxtı.az xəbər verir ki, görüş Milanda "Cüzeppe Meatsa" stadionunda baş tutub.

"İnter"in heyətində qolları Henrix Mxitaryan (5-ci, 69-cu dəqiqə), Markus Türam (38), Hakan Çalhanoğlu (79, penalti) və Davide Frattesi (90+3) vurub. "Milan"ın heyətində Rafael Leau (57) fərqlənib.

Bu görüş tarixdə 238-ci Milan derbisi olub, "İnter" 90-cı qələbəsini qazanıb. 79 oyunda "Milan" daha güclü olub, 69 görüş heç-heçə başa çatıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026
30 Oktyabr 2026