• Bakı 12° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Dünya Qadın Seriyası: "Neftçi" qrup səddini adladı

İDMAN

16 Sentyabr 2023 | 16:04

Dünya Qadın Seriyası: "Neftçi" qrup səddini adladı

"Neftçi" Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının final mərhələsində qrup səddini adlamağı bacarıb.

Bakıvaxtı.az xəbər verir ki, təmsilçimiz B qrupunda ABŞ (13:16) və Çin (10:21) millilərinə məğlub olsa da, sonuncu oyununda Çinin "Yuanda" klubuna 16:12 hesabı ilə qalib gəlib.

Azərbaycan klubu bununla da qrup üçüncüsü kimi "play-in"ə vəsiqə qazanıb. Bu mərhələdə "Neftçi"nin rəqibi Fransa millisi olacaq. Oyun sentyabrın 17-də, Bakı vaxtı ilə saat 11:25-də başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR