Serbiyada UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin “Partizan” və “Sabah” qarşılaşmasında penaltilər seriyası da başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan təmsilçisi 5:4 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.
01:43
Serbiyada UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin “Partizan” və “Sabah” qarşılaşmasının əlavə vaxtı da başa çatıb. 120 dəqiqəlik mübarizədə tərəflər mərhələni adlayacaq hesaba nail ola bilməyiblər. İlk oyunda Bakıda 2:0 hesabı ilə qalib gələn “Sabah”, səfərdə də eyni hesabla uduzub.
Reqlamentə əsasən komandalar qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasında güclərini yoxlayacaqlar.
01:02
Serbiyada "Partizan" və "Sabah" komandaları arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda əsas vaxt başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, meydan sahibləri 2:0 hesabı ilə öndədir.
Bakıdakı ilk görüşdə Azərbaycan təmsilçisi eyni hesabla qələbə qazandığı üçün əlavə vaxta ehtiyac duyulub
***17.08.2023 / 23:08
Serbiyada "Partizan" və "Sabah" komandaları arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu start götürüb.
Bakıvaxtı.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
Görüşü polşalı Bartoş Frankovski idarə edir. Cütün qalibi pley-offda Danimarka "Norşellann"ı ilə üz-üzə gələcək.
















