• Bakı 26° C

    3.85 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

“Çelsi”nin 60 milyonluq hücumçusu

İDMAN

20 Iyun 2023 | 14:36

“Çelsi”nin 60 milyonluq hücumçusu

İngiltərənin “Çelsi” klubu 60 milyon avroya futbolçu transfer edib.

Bu barədə Bakıvaxtı.az Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir. Almaniyanın “Leyptsiq” klubunun hücumçusu Kristofer Nkunku ilə münasibətlər rəsmiləşib.

26 yaşlı forvard yeni komandası ilə 6 illik müqavilə imzalayıb. Fransa millisinin üzvü iyulun 1-dən etibarən londonluların oyunçusu sayılacaq.

Qeyd edək ki, Fransanın PSJ klubunun yetirməsi olan Kristofer Nkunku 2019-cu ildən bəri “Leyptsiq”in formasını geyinib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026
04 Sentyabr 2026