• Bakı 12° C

    7.61 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Messinin “İnter Mayami”dəki debüt tarixi məlum oldu

İDMAN

20 Iyun 2023 | 19:22 | Müəllif: Qalib İbrahimoğlu

Messinin “İnter Mayami”dəki debüt tarixi məlum oldu

Argentinalı hücumçu Lionel Messi iyulun 22-nə keçən gecə Amerikanın “İnter Mayami” futbol klubunun tərkibində ilk oyununu keçirəcək.

Bakıvaxtı.az-ın TASS-a istinadən məlumatına görə, ABŞ komandasının rəhbərliyi Messinin yeni klubunda ilk dəfə Meksikanın “Kruz Azul” klubu ilə oyunda çıxış edəcəyini gözləyir.

Oyun Böyük Futbol Liqası (MLS) və Meksika çempionatı komandalarının iştirak etdiyi Liqalar Kuboku turnirinin qrup mərhələsi çərçivəsində keçiriləcək.

Xatırladaq ki, Messi iyunun 7-də PSJ-dən “İnter Mayami”yə keçdiyini açıqlamışdı.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR