• Bakı 22° C

    3.72 m/s

“Qarabağ” – “Rakuv” oyununun hakimləri MƏLUM OLDU

İDMAN

20 Iyul 2023 | 17:12

“Qarabağ” – “Rakuv” oyununun hakimləri MƏLUM OLDU

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ” – “Rakuv” (Polşa) oyununu almaniyalı hakim idarə edəcək.

Bakıvaxtı.az xəbər verir ki, qitə futbol qurumu avqustun 2-də keçiriləcək raundun cavab matçını Sven Yablonskiyə həvalə edib.

Ona Lasse Koslovski və Eduard Beytinger köməklik edəcəklər. Görüşün dördüncü hakimi funksiyasını Tobias Reyxel yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma Bakı Olimpiya Stadionunda olacaq. “Qarabağ” iyulun 26-da Polşa çempionunun qonağı olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026