• Bakı 24° C

    10.02 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

Azərbaycana gətirilən minik avtomobillərinin sayı kəskin azalıb - VİDEO

REPORTAJ

21 Iyun 2026 | 23:12

Azərbaycana gətirilən minik avtomobillərinin sayı kəskin azalıb - VİDEO

Ölkəyə gətirilən minik avtomobillərinin sayı 5 ayda təxminən 40 faiz azalıb.

Bakıvaxtı.az xezerxeber.az-a istinadən xəbər verir ki, iqtisadçı Xalid Kərimlinin sözlərinə görə, ötən ilin yanvar-may aylarında Azərbaycana 39 min minik avtomobili gətirilmişdisə, bu ilin eyni dövründə bu rəqəm 24 minə qədər enib. Bu isə avtomobil idxalında əhəmiyyətli azalma deməkdir.

Ekspert azalmanın əsas səbəbini ötən ilin ikinci yarısından etibarən bazarda yaranan sürətli alışlarla izah edir. Çünki həm vətəndaşlar, həm də satıcılar elektrik və hibrid mühərrikli avtomobillərə tətbiq edilən 18 faizlik ƏDV güzəştinin 2026-cı il yanvarın 1-dən bitəcəyini bilirdilər. Bu səbəbdən ötən il avtomobil idxalında əvvəlki illə müqayisədə 30 faizdən çox artım qeydə alınıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Iyun 2026