• Bakı 23° C

    12.08 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

İmişlidə pambıq sahələri susuzluqdan məhv olur - VİDEO

REPORTAJ

21 Iyun 2026 | 18:53

İmişlidə pambıq sahələri susuzluqdan məhv olur - VİDEO

İmişli rayonunun Əliqulular kəndinin fermerləri çətin vəziyyətlə üzləşiblər.

Bakıvaxtı.az xezerxeber.az-a istinadən xəbər verir ki, kənd sakinləri deyirlər ki, suvarma suyunun verilməsində yaranan problemlər əkin sahələrinin məhv olmasına səbəb olur. Hazırda hektarlarla pambıq sahəsi məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb.

Fermerlərin sözlərinə görə, onlar sahələrini əvvəllər Boztəpə su kanalı vasitəsilə suvarıblar. Lakin sonradan Boztəpə kanalı yeni layihə əsasında çəkildiyi üçün həmin sahələrə suyun verilməsi dayandırılıb və onlara alternativ yollarla su verilməsinə başlanıb. Bu isə sahələrin suvarılmasında problemlərin yaranmasına səbəb olub. Suvarma kanallarına kifayət qədər su buraxılmadığından pambıq sahələrinin bir hissəsi artıq qurumağa başlayıb.

Fermerlər bildirirlər ki, əkin sahələrinin becərilməsi üçün xeyli vəsait xərcləyiblər. Lakin su çatışmazlığı məhsuldarlığı ciddi təhlükə altında qoyub.

Problemlə bağlı İmişli Su-Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin şöbə müdiri Asif Feyzullayev bildirib ki, vətəndaşların müraciət etdikləri ərazilər bələdiyyə torpaqları olduğu üçün idarənin balansında deyil.

Şöbə müdiri onu da əlavə edib ki, müqavilə bağlandıqdan sonra həmin ərazilərin suvarılmasında problem olmayacaq və sahələr müntəzəm olaraq su ilə təmin ediləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyun 2026