• Bakı 9° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycanda 17 yaşlı qız 40 yaşlı kişiyə ƏRƏ VERİLDİ: Qız isə... - YENİLƏNİB

CƏMİYYƏT

03 Yanvar 2024 | 12:17

Azərbaycanda 17 yaşlı qız 40 yaşlı kişiyə ƏRƏ VERİLDİ: Qız isə... - YENİLƏNİB

Daxili İşlər Nazirliyi 17 yaşlı qızın həyatı təhlükəsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 

Nazirliyin mətbuat xidmətinin Gəncə regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində həmin şəxsin yeri müəyyən edilərək ailəsinə təhvil verilib:

“Onu da qeyd edək ki, xanım 2006-cı il təvəllüdlüdür və ailə qurarkən 17 yaşı olub. Həyatı təhlükəsi yoxdur”.

***

10:50

Azərbaycanda 17 yaşlı qızın həyatı təhlükə altındadır. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. 

İddia edilib ki, Göygöl rayonunda 2007-ci il təvəllüdlü qız 40 yaşlı kişiyə ərə verilib. 

Bir müddət sonra isə qız əri ilə getdiyi toyda başqa kişiyə qoşulub qaçıb. 

Həmin şəxs isə bir müddət sonra qızdan imtina edib.

Atası xaricdə olan qızı 11-ci sinif şagirdi olan qardaşının öldürməsi təhlükəsi olduğu iddia edilir. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, faktla bağlı araşdırma aparılır. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026