• Bakı 12° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Dollara tələbat ARTIB: Manatın məzənnəsi DƏYİŞİR?

CƏMİYYƏT

02 Fevral 2024 | 10:43 | Müəllif: Qalib İbrahimoğlu

Dollara tələbat ARTIB: Manatın məzənnəsi DƏYİŞİR?

Valyuta hərraclarında dollara tələbin yenidən yüksəlməsi müşahidə olunub.

Bakıvaxtı.az xəbər verir ki, dünən keçirilən hərracda 78.7 milyon dollarlıq sifariş qeydə alınıb. 2 gün öncə isə daha 64.2 milyon dollar satılıbı.

İqtisadçı deputat Vüqar Bayramov bildirib ki, bu, son 2 hərracda 142.9 milyon dolların satılması deməkdir:

"Qeyd edək ki, yanvar ayının 23 və 25 tarixlərində keçirilən hərraclarda sifariş ayrı-ayrılıqda 50 milyon dollara çatmırdı. Bu isə ondan xəbər verir ki, son günlər dollara tələb artıb. Bunun psixoloji tərəfləri olsa da valyuta bazarında volatillik ehtimalı ilə bağlı yayılan xəbərlər də tələbi gücləndirir. Bu baxımdan, Mərkəzi Bankın kommunikasiyadan daha aktiv şəkildə istifadə etməsi çox vacibdir".

Deputat qeyd edib ki, doğrudur, Azərbaycanda idxalın artması da dollara tələbi yüksəldir:

"Belə ki, 2023-cü ilin ilk 11 ayında Azərbaycan idxalı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 5.1 faiz artaraq 15.8 milyard dollara çatıb. İllik rekord idxalın qeydə alınacağı istisna deyil".

Dollara tələbin artması kontekstində 2024-cü ildə manatın məzənnəsinin necə dəyişməsinə gəldikdə isə, V.Bayramov bildirib ki, Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib. Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarlarından asılıdır:

"Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olaraq qalmaqdadır".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026