• Bakı 22° C

    9.01 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Azərbaycanda 8-ci sinif şagirdini fahişəliyə cəlb edənlər SAXLANILDI

CƏMİYYƏT

09 Aprel 2025 | 11:59

Azərbaycanda 8-ci sinif şagirdini fahişəliyə cəlb edənlər SAXLANILDI

Yardımlı rayonunda 8-ci sinif şagirdinə qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən 4 nəfər həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, onlardan birinə, azyaşlının anasına Cinayət Məcəlləsinin 171-ci maddəsi ilə cinayət işi açılıb. Digər şübhəli şəxslərlə bağlı da istintaq işi aparılır.

Kəmalə Ağazadə azyaşlının reabilitasiyaya cəlb ediləcəyini, sığınacağa yerləşdiriləcəyini qeyd edib.

"Mən illərdir ki, polis əməkdaşları tərəfindən uşaqların hansı ağır situasiyalardan çıxarıldığının,onlara qarşı cinayət əməlləri törətmiş şəxslərin ən ağır maddələrlə cəzalandırılmasının , heç bir güzəştə gedilməməsinin şahidiyəm. Polisimlə necə fəxr etməyim? Güvən olduqca önəmlidir.Güvənəcəyimiz isə polisdir!",- deyə Kəmalə Ağazadə bildirib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

05 Iyun 2025