Daxili İşlər Nazirliyi Sabirabad rayonunda məktəbli qızın ərə verilməsi ilə bağlı yayılan xəbərə münasibət bildirib.
Bakıvaxtı.az-ın xəbərinə görə, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov bildirib ki, faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən bütün tədbirlər icra olunur və digər dövlət qurumları məlumatlandırılıb:
“Yeniyetmənin valideynləri də polis şöbəsinə dəvət olunaraq, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırıb.
Həmçinin yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq”.
*** 14:25
Azərbaycanda məktəbli qızı ərə veriblər.
Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib.
Onun sözlərinə görə, toy Sabirabad rayonunun Qəzli kəndində olib.
"9-cu sinif şagirdinin qız toyu olub.1-2 həftəyə də oğlan toyu olacaq. Qızın adını yazmayacam, ananın adı isə Zöhrədir...", - deyə Birlik sədri qeyd edib.
Qeyd edək ki, Azərbaycanda Ailə Məcəlləsinə əsasən qızlar və oğlanlar üçün nikah yaşı 18 yaşdır.
Nuranə Daxilqızı
















