Rəsmi statistikaya əsasən, Azərbaycanda 1 milyon 425 min 167 mikro, kiçik və orta sahibkarlıq subyektləri qeydiyyata alınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib.
V.Bayramovun sözlərinə görə, il ərzində fəaliyyətdə olan sahibkarlıq subyektlərinin sayı isə 401 min 149-dur.
Deputat qeyd edib ki, fəaliyyətdə olan sahibkarlıq subyektlərinin 49,1 faizi Bakı şəhərində, 50,9 faizi isə digər regionlarda fəaliyyət göstərir.
Mina Mikayılova