• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycanda bu şəxslər üçün mükafat təsis edildi

CƏMİYYƏT

02 Fevral 2023 | 15:50

Azərbaycanda bu şəxslər üçün mükafat təsis edildi

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) çalışan gənc alimlər üçün Akademiya mükafatı təsis edilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli fevralın 2-də Azərbaycan Milli Elmlər Akademiyasında Gənclər Gününə həsr olunmuş “Akademiyanın elmi gəncliyi: reallıqlar və perspektivlər” mövzusunda keçirilən elmi konfransda deyib.

İ.Həbibbəyli hər il “İlin gənc alimi” nominasiyası üzrə xüsusi mükafatın veriləcəyini açıqlayıb. AMEA rəhbəri gənc tədqiqatçılara dəstək naminə AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təsisçiliyi ilə ildə 2 dəfə nəşr edilən “Gənc tədqiqatçı” jurnalının bu ildən başlayaraq 4 nömrəyə çatdırılacağını, 1 nömrənin isə ingilis dilində çap ediləcəyini diqqətə çatdırıb.

AMEA rəhbəri qeyd edib ki, Azərbaycanda gənclər siyasəti uğurla inkişaf etdirilir və hər il müxtəlif sahələri təmsil edən gənclərin dövlət əhəmiyyətli vəzifələrə irəli çəkilməsi, onların mükafatlandırılması davamlı şəkil alıb.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026