• Bakı 14° C

    2.07 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

Məhkəmə Rəşad Dağlı ilə bağlı qərar verdi - VİDEO + YENİLƏNİB

CƏMİYYƏT

04 Mart 2023 | 13:11 | Müəllif: Subhan Mahmudov

Məhkəmə Rəşad Dağlı ilə bağlı qərar verdi - VİDEO + YENİLƏNİB

Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) barəsində seçilmiş həbs qətimkan tədbiri 2 ay müddətinə uzadılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qaradağ Rayon Məhkəməsinin hakimi Günay Həşimovanın sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

 

***12:02

Qətl törətməkdə təqsirləndirilən Rəşad Əmirov (Rəşad Dağlı) Qaradağ rayon Məhkəməsinə gətirilib.

Bakıvaxtı.az xəbər verir ki, prosesə hakim Günay Həşimova sədrlik edir.

Bu gün məhkəmə meyxanaçının barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı qərar verəcək.

Xatırladaq ki, qətl hadisəsi ötən il noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisə ilə bağlı İ.Mehdiyevin tanışı, 1984-cü il təvəllüdlü R.Əmirov istintaqa cəlb edilib. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026