“Optimal Elektronika” MMC məhkəməyə verilib.
Bakıvaxtı.az xəbər verir ki, “Varmhouse” MMC Bakı Kommersiya Məhkəməsində "Optimal Elektronika"ya qarşı iddia qaldırıb.
İddia müqavilələrdən (alqı-satqı) əmələ gələn öhdəliklərdən yaranmış mübahisələr üzrə qaldırılıb.
Kommersiya işi hakim Leyla Əliyevanın sədrliyilə araşdırılacaq.
Qeyd edək ki, ötən ilin avqust ayında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarə “Optimal Elektronika” MMC-nin təsisçisi və baş direktoru, “Optimal Finance Bank Olmayan Kredit Təşkilatı” MMC-nin direktoru Əsgərov Əhəd Tofiq oğlunun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
Ramid İbrahimov








jpg-1683093357.webp)







