• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Yol qəzalarının sayı artıb: Ekspertdən MARAQLI TƏKLİF

CƏMİYYƏT

03 May 2023 | 10:36 | Müəllif: Qalib İbrahimoğlu

Yol qəzalarının sayı artıb: Ekspertdən MARAQLI TƏKLİF

Ölkə ərasində yol-nəqliyyat hadisələrinin və qurbanlarının sayı artmaqdadır. Təkcə ötən həftənin son iki günündə baş verən qəzalarda 16 nəfər həyatını itirib. Ekspertlər yol-nəqliyyat hadisələrinin daha çox radar, müşahidə kameraları olmayan yerlərdə qeydə alındığını bildirirlər.

Yol nəqliyyat eksperti Elməddin Muradlı Bakıvaxtı.az-a bildirib ki, yol nəqliyyat qəzalarının sayının artmasında 3 əsas amil var: Sürücü, yol şəraiti, yəni mühit və avtomobillərin texniki vəziyyəti. Onun sözlərinə görə, sürücülər yol hərəkəti qaydalarını kobud şəkildə pozurlar. Xüsusən radar, müşahidə kameraları, yol polisləri olmayan yerlərdə yol hərəkəti qaydaları pozulur: “Bu da nəticədə qəzalara gətirib çıxarır. Sürücünün sərxoş vəziyyətdə olması, təhlükəli ötmə manevr əməliyyatları aparması da qəzalara səbəb olur".

Müsahibimiz qeyd edib ki, yola çıxarkən ki, səbrli davranıb, yaxınlarımızı və ailə üzvlərimizi düşünməliyik. "Təbii ki, biz hadisələrə rəqəmlər kimi yanaşmamalıyıq burda böyük faciələr baş verir. Dünya səhiyyəsində yol nəqliyyat hadisələrinə yanaşma çox fərqlidir. İnsan birinci hadisəni özündə görməlidir. Səbrli və təmkinli olub qaydalara əməl etməliyik".

Ekspertə görə, yolların normal işıqlandırılmaması, yol cizgilərinin düzgün çəkilməməsi də qəzaların sayının artma səbəblərindəndir: “Bundan başqa, yolların vaxtlı vaxtında təmir edilməməsi, yol nişanlarının müvafiq yerlərə yerləşdirilməməsi, görünən yerlərdə olmaması, yolların kələ-kötürlüyü, yollarda nəzarət sisteminin gücləndirilməməsi və s. də qəzaların artmasında böyük rol oynayır”.

E.Muradlı yollarda stasionar yox, mobil radarların quraşdırılmasını təklif edir. Onun sözlərinə görə, bu radarların yeri tez-tez dəyişdirilməlidir: “Sürücülər arxayın olmasınlar ki, radar ancaq bəlli yerdədi. Belə olanda, onların məsuliyyəti də artacaq".

Ekspert onu da qeyd edib ki, avtomobillərin köhnə olması qəzada ölənlərin sayının çoxluğuna gətirib çıxarır: "Digər əsas məsələ avtomobilin texniki vəziyyəti ilə bağlıdır. Təssüflər olsun ki, bu gün Azərbaycanda avtomobillərin 80%-ə yaxını köhnədir. Cəmi 20% yeni avtomobillərə sahibik. Köhnə avtomobillərin çoxluğu da qəza zamanı ölüm və xəsarət riskinin çox olması deməkdir”.

Xəyalə Zöhrabqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR