• Bakı 15° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

25 Azərbaycan vətəndaşı ölkəmizə geri qəbul edildi

CƏMİYYƏT

02 Iyun 2023 | 10:03

25 Azərbaycan vətəndaşı ölkəmizə geri qəbul edildi

“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 31 may tarixində 25 nəfər Azərbaycan vətəndaşı Almaniyadan ölkəyə geri qəbul edilib.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.

Geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.

Qeyd edək ki, fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan vətəndaşlarının yerli cəmiyyətə reinteqrasiyası və üzləşə biləcəkləri mümkün çətinliklərin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR