• Bakı 19° C

    3.52 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Azərbaycanda icbari sığorta növləri üzrə ödənişlər 20 % artıb

İQTİSADİYYAT

03 Oktyabr 2026 | 11:02 | Müəllif: Gülşən Şərif

Azərbaycanda icbari sığorta növləri üzrə ödənişlər 20 % artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 213,492 milyon manat sığorta haqqı toplanılıb.

Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 14,6 % azdır.

Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 110,662 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 19,4 % çoxdur.

Beləliklə, 8 ayda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 51,8 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 37,1 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 115,395 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 6,4 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 773,153 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 28,1 % çoxdur.

8 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 69,3 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 57,6 manat olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026