Azərbaycanda keçmiş polis zabiti Şirin Məmmədov qəflətən vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Unikal.org-a mərhumun yaxınları məlumat verib.
Bildirilir ki, bir neçə il öncə yaş həddi ilə əlaqədar təqaüdə göndərilən polis polkovniki Şirin Məmmədov ürəktutmasından dünyasını dəyişib.
Qeyd edək ki, o, sabiq Daxili İşlər naziri Arif Heydərov qardaşı oğludur.
















